Həkimlər artıq 3-cü dəfədir ki, etiraza qalxdılar

DÜNYA 19 sen 2023, 21:11
 İngiltərədə təxminən 24 min mütəxəssis həkim maaş artımı ilə bağlı hökumətlə davam edən mübahisə səbəbiylə 2 günlük tətilə çıxıb.
 Sosial.tv xəbər verir ki, maaş artımı və iş şəraiti ilə bağlı hökumətlə fikir ayrılığına görə bu il üçüncü dəfə tətilə çıxan mütəxəssis həkimlər maaşların inflyasiyadan 11 faiz yuxarı artırılmasını tələb edirlər.
 İngiltərə Səhiyyə Naziri Steve Barclay, müstəqil əmək haqqını nəzərdən keçirən qurumun tövsiyəsinin təxminən 8,8 faiz olduğunu müdafiə edir.
 Mütəxəssis həkimlərin 2 günlük tətili müddətində yalnız təcili yardım xidmətləri göstəriləcək. Təcili olmayan əməliyyatlar və görüşlər də daxil olmaqla, gündəlik xidmətlərin əhəmiyyətli dərəcədə pozulacağı gözlənilir.
 İngiltərədə təxminən 61 min ümumi praktikant sabah işini dayandıraraq 3 günlük tətilə gedəcək.  Bu il altıncı dəfə tətil edəcək ümumi praktikantlar hökumətdən maaşlarının 35 faiz artırılmasını tələb edirlər.
 Səhiyyə naziri Barclay, Sky News-a həkimlərin tətili ilə bağlı verdiyi açıqlamada, tətillər zamanı bəzi tibb işçilərinin növbətçi olmasını təmin edəcəklərini bildirib.
"Bu gün elan etdiyimiz şey, kimyaterapiya, dializ kimi vaxt baxımından kritik xidmətləri necə qoruyacağımızdır, çünki tətil hüququnun vacib olduğunu başa düşürük, lakin bunu xəstələrin əsas müalicələrə giriş hüququ ilə tarazlaşdırmalıyıq"- deyə Barclay vurğulayıb. 
 Xatırladaq ki, ölkədə minlərlə mütəxəssis həkim maaşların artırılması və iş şəraiti ilə bağlı hökumətlə razılaşmadıqları üçün iyulun 20-də “50 ildə ilk dəfə” tətilə çıxıb və 48 saatlıq iş dayandırıb.
Mənbə: Anadolu Agentliyi
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top