GermanWings-ə məxsus Airbus A320 tipli təyyarəni 150 sərnişini ilə qəsdən yerə çırpan alman pilot Andreas Günter Lubitsin son sözləri hərkəsi şok edib.
Sosial.tv-nin əldə etdiyi məlumata görə, pilot Andreas Lubitz 2015-ci ildə 150 sərnişini olan Germanwings təyyarəsini qəsdən Fransanın Alp dağlarına vurub. Fəlakətin qarşısını almağa çalışan ilk zabitin ümidsiz son sözləri olan Qara Qutu qeydləri ilə üzə çıxıb.
Səsyazmalarda Lubitsin kapitan Patrick Sondenheimerə "istənilən vaxt" hakimiyyəti ələ keçirməyə hazır olduğunu söyləməsi eşidilir. Uçuşdan az sonra Lubitz Sondenheimerə "İndi gedə bilərsən" deyir. Sondenheimer uçuşa 28 dəqiqə qalmış kokpitdən çıxanda Lubitsə radio rabitəsinə cavabdeh olduğunu bildirir.

Mirror saytında yer alan xəbərə görə, hava nəqliyyatı idarəsi pilotla əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib, Sondenheimer isə ümidsizcə qapıya çırpılıb. Sondenheimerin Lubitzdən heç bir cavab almayan "lənətə gəlmiş qapını aç" deyə qışqırması eşidilir və sonra metal əşya ilə içəri girməyi bacarır. Səsyazmalarda təyyarənin dağa çırpılmasından bir qədər əvvəl sərnişinlərin qışqırması eşidilir.
Almaniyanın “Bild” qəzetinin yazdığına görə, Lubitsin keçmiş sevgililərindən biri ona deyib: “Bir gün bütün sistemi dəyişəcək bir şey edəcəm, o zaman hamı mənim adımı bilib xatırlayacaq”.
Mənbə: Mirror
Aynur Camal
Mənbə: Mirror
Aynur Camal