Sosial.tv xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağdakı hərəkətlərini məcburi addım kimi izah edib.
“Bu gün, sentyabrın 19-da Azərbaycan ordusu müstəsna olaraq hərbi ünsürlərə qarşı antiterror əməliyyatına başlayıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təxminən 3 ilə yaxındır ki, Azərbaycanın davamlı olaraq dilə gətirdiyi haqlı və əsaslı narahatlıqlara cavab olaraq heç bir qərar qəbul edilməyib”, - deyə departamentin açıqlamasında bildirilir.
Nazirlik onu da əlavə edib ki, Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməyə məcbur olub.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda lokal antiterror tədbirlərinə başlanılması barədə məlumat verib. Departament bu tədbirlərin məqsədini Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması adlandırıb.
Mənbə: Lenta.Ru
Aynur Camal
Mənbə: Lenta.Ru
Aynur Camal