Sosial.tv xəbər verir ki, ABŞ-ın Alyaska ştatında iki ayı hərbi bazadakı mağazaya çatdırılmaq üçün dayanan mikroavtobusa girərək donut (şirniyyat) yeyib. Ayıların mikroavtobusda təxminən 20 dəqiqə qidalanaraq meşəyə qayıtdığı öyrənilib.
Mağaza müdiri Shelly Deano, çatdırılma üçün dayanan mikroavtobus sürücüsünün adətən avtomobilin qapılarını açıq qoyduğunu, iki ayının isə içəri girərək 20 dəqiqə ərzində donut və digər xəmirləri yediyini söyləyib.
Ayıların ətrafdakı reaksiyalara biganə qaldığını bildirən Deano, "Mikroavtobusa vursam da yerindən tərpənmədilər. Paketləri açdıqlarını görürdüm" deyib.
Deano bildirib ki, şirniyyatları yeyən ayılar mağazanı və yaxınlıqdakı yanacaqdoldurma məntəqəsini dolaşdıqdan sonra meşəyə qayıdıblar.
Hərbi bazada və mağazanın ətrafında ayı görməyin adi hal olduğunu izah edən Deano, daha əvvəl belə bir hadisənin baş vermədiyini bildirib.
Mənbə: Ntv.Tr
Aynur Camal