Ermənistan silahlı qüvvələrinin son bir neçə ayda Azərbaycan ordusunun mövqelərini sistemli şəkildə atəşə tutması, ərazilərə minaların endirilməsini davam etdirməsi, möhkəmləndirmə işləri aparması regionda gərginliyi ən yüksək səviyyəyə çatdırıb.
Sosial.tv xəbər verir ki, bu barədə Türkiyənin TGRT saytı məlumat yayıb.
Bildirilib ki, Ermənistanın bu qanunsuz hərəkətlərinə Azərbaycanın cavabı gecikməyib. Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamada Qarabağda konstitusiya quruluşunun bərpası məqsədilə antiterror əməliyyatına başlanıldığı açıqlanıb. Nazirlikdən verilən açıqlamada antiterror əməliyyatında mülki əhalinin və infrastruktur obyektlərinin hədəf alınmadığı, yalnız qanuni hərbi hədəflərin məhv edildiyi bildirilib.

Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Qarabağda başladılan antiterror əməliyyatında mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız qanuni hərbi hədəflər məhv edilir. Ermənistan silahlı dəstələri Azərbaycan hava məkanından istifadə edən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı növbəti dəfə radio tıxaclarından istifadə ediblər.
Azərbaycan-Ermənistan münaqişəsinin mənşəyi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Sovet İttifaqı dövründə İosif Stalin Azərbaycanın sərhədləri daxilində yerləşən Dağlıq Qarabağda erməni muxtar vilayəti yaratmaq qərarına gəlib. Bu səbəbdən də müxtəlif bölgələrdən çoxlu erməniləri burada məskunlaşdırmışdır. Rusların bu siyasəti öz qanlı bəhrələrini 90-cı illərin sonlarında verməyə başladı.
Sovet İttifaqı zəifləməyə başlayan kimi ermənilər Qarabağın Sovet Azərbaycanından sovet Ermənistanına verilməsi tələblərini səsləndirdilər. İki icma arasındakı fikir ayrılığı münaqişəyə və 1990-cı illərin əvvəllərində genişmiqyaslı müharibəyə çevrildi.
Ermənilər rusların dəstəyi ilə 1991-ci ildə Xankəndini, 1992-ci ildə isə Şuşa və Xocalını işğal ediblər. Sonralar Laçın, Xocavənd, Kəlbəcər və Ağdərəni tutan ermənilər 1993-cü ildə Ağdama daxil olublar. Ağdamın ardınca Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan vilayətləri işğal olundu. Ermənilər bu dövrdə Azərbaycan türklərinə qarşı qırğınlar törədiblər. Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyona yaxın azərbaycanlı yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalıb.
Mənbə: TGRT NEWS
Aynur Camal
Mənbə: TGRT NEWS
Aynur Camal