Qərb ölkələrinə ərzaq embarqosu daha bir il uzadıldı

DÜNYA 19 sen 2023, 06:00
  Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün bəzi xüsusi iqtisadi tədbirlərin müddətinin uzadılması haqqında” fərman imzalayıb.
 Sözügedən sənəd Rusiyanın ərzaq embarqosunun anti-Rusiya sanksiyaları tətbiq edən və ya dəstəkləyən ölkələrdən məhsulların tədarükünə təsirini 2024-cü ilin sonuna qədər uzadıb.
 Ərzaq məhsullarına embarqo 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edən və ya bu cür sanksiyaları dəstəkləyən ölkələrə qarşı tətbiq edilib.
 Embarqo ilk olaraq ABŞ, Aİ ölkələri, Avstraliya, Norveç və Kanadaya qarşı tətbiq edilib.
 2015-ci ildə Rusiyaya qarşı sanksiyalarda iştirak edən Albaniya, Monteneqro, İslandiya, Lixtenşteyn və 2016-cı ildə Ukrayna embarqonun əhatə dairəsinə daxil edilib.
 2020-ci ildə embarqo Aİ-dən çıxan Böyük Britaniyanı da əhatə edəcək şəkildə genişləndirildi.
Mənbə: İLKHA
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top