İranda 260-dan çox adam saxlanılıb

DÜNYA 18 sen 2023, 16:42
 İranda Mahsa Eminin ölümünün birinci ildönümündə təhlükəsizlik qüvvələri mümkün nümayişlərin qarşısını almaq üçün 260-dan çox adamı saxlayıb.
Sosial.tv xəbər verir ki, islahatçılara yaxınlığı ilə tanınan “Şark” qəzeti Eminin ölümünün ildönümündə müxtəlif şəhərlərdə çoxlu sayda adamın saxlanıldığını yazıb.
 Rəsmi mənbələrə əsaslanan məlumata görə, ən çox həbs Qərbi Azərbaycan vilayətində baş verib. Qərbi Azərbaycan polis komandanlığı 137 nəfərin saxlanıldığını açıqlayıb.
 İsfahan vilayətində 97, Kürdüstan vilayətində isə 16 nəfər saxlanılıb.
 Müxtəlif şəhərlərdə 10 nəfərin saxlanıldığı halda, paytaxt Tehran və Sistan-Bəlucistan əyalətində neçə nəfərin saxlanıldığı ilə bağlı açıqlama verilməyib.

 Xatırladaq ki, İranın paytaxtı Tehranda 2022-ci il sentyabrın 13-də “əxlaq polisi” kimi tanınan rəhbər patrullar tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Emini sentyabrın 16-da dünyasını dəyişib.
 Eminin ölümündən sonra 2022-ci il sentyabrın 17-də doğulduğu Səkkizdə başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrilib.
 Aylarla davam edən hadisələrdə 500-ə yaxın nümayişçi həlak olub, yüzdən çox polis məmuru həyatını itirib.
 İran nümayişlər zamanı saxlanılanlarla bağlı rəsmi açıqlama verməsə də, müstəqil mənbələr minlərlə nümayişçinin saxlanıldığını iddia edib.
Mənbə: TrtHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top