Polşa Avropa Komissiyasının tətbiq etdiyi miqrasiya siyasətini həyata keçirmək istəmədiyini bildirdi

DÜNYA 18 sen 2023, 16:07
 Polşa Fransa, Almaniya və İsveçin miqrasiya məsələsində buraxdığı səhvləri təkrarlaya bilməz. Bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau Nowy Swiat 24 portalına müsahibəsində bildirib.
 "Biz Fransanın, Almaniyanın və ya İsveçin səhvlərinin təkrarlanmasına icazə verə bilmərik" deyib və əlavə edib ki, heç kim Polşanı "Polşanın maraqlarına zidd olan və vətəndaşlarının təhlükəsizliyini təhdid edən" miqrasiya siyasəti yürütməyə məcbur etməyəcək.
Nazir Polşanın digər Aİ ölkələrindən miqrantların məcburi köçürülməsi siyasəti ilə razılaşmadığını bir daha xatırladıb. "Avropa İttifaqı tərəfindən başqa bir Avropa dövlətində qalmaq arzusunda olan miqrantların Polşaya məcburi yerləşdirilməsi ilə bağlı heç bir razılıqdan söhbət gedə bilməz" deyib.
Rauf həmçinin əlavə edib ki, ümumxalq səsverməsi parlament seçkiləri ilə birləşdiriləcək və oktyabrın 15-də keçiriləcək.
Mənbə: Mail.ru
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top