Məşhur kolleksiya Paris Moda Həftəsi öncəsi qəsb edildi!

DÜNYA 18 sen 2023, 15:38
  Fransada Paris Moda Həftəsində nümayiş olunacaq kolleksiya moda nümayişinə 10 gün qalmış qəsb edilib.
Sosial.tv  xəbər verir ki, məşhur geyim brendi Balmain-in 50 ədəd kolleksiyası oğurlanıb.
 Rousteing, öz dizaynı olan və 25 sentyabr-3 oktyabr tarixlərində Paris Moda Həftəsində nümayiş etdiriləcək kolleksiyasının oğurlandığını və kolleksiyanı daşıyan avtomobilə hücum edildiyini bildirib.
 Kolleksiyanı daşıyan yük maşınının gecə saatlarında Parisdə hava limanı yaxınlığında naməlum şəxslər tərəfindən dayandırıldığını bildirən Rousteing, sürücüsünə hücum edilən yük maşınından 50 ədəd kolleksiyasının oğurlandığını bildirib.
 Rousteing, qəsb etdiyi 50 parçanı yenidən hazırlayacağını və Paris Moda Həftəsi üçün vaxtında hazırlayacağını bildirib.
 Fransız mətbuatı moda nümayişinə 10 gün qalmış oğurlanan kolleksiyanın 2024-cü ilin yaz mövsümü üçün hazırlandığını yazıb.
Mənbə: TGRT
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top