Nevada ştatının Reno şəhərində keçirilən Milli Hava Yarışları və Aviasiya Çempionatı zamanı təyyarələrinin toqquşması nəticəsində iki pilot həlak olub.
“T-6 Gold yarışının sonunda, eniş zamanı iki təyyarə toqquşub və hər iki pilotun öldüyü təsdiqlənib”, - Reno Hava Yarışları Assosiasiyasının Facebook-da yayımladığı bəyanatda deyilib.
Sosial.tv xəbər verir ki, sonrakı açıqlamada təşkilatçılar iki pilotun Nik Meysi və Kris Ruşinq olduğunu bildiriblər.
"Hər ikisi təcrübəli pilotlar idilər. Digər xəsarət alanlar barədə məlumat verilməyib"- deyə, əlavə edilib.
Həmçinin təşkilatçılar bildiriblər yarışların qalan hissəsi ləğv edilib.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası CNN-ə göndərdiyi açıqlamada qəzanın səbəblərini araşdırdığını bildirib.
Tədbir təşkilatçıları NTSB, Federal Aviasiya Administrasiyası və “qəzanın səbəbini müəyyən etmək və bütün pilotlarımızın, tamaşaçılarımızın və könüllülərimizin bu müddət ərzində lazımi dəstəyi təmin etmək üçün bütün yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etdiklərini” bildiriblər.
Beş onillikdən çox müddətdir davam edən tədbir, veb-saytına görə, "Şimali Nevada və dünyanın hər yerindən aviasiya həvəskarları üçün bir qurum" olmaqdan qürur duyur. Saytın məlumatına görə, son on il ərzində tədbir bir milyondan çox tamaşaçı toplayıb və regional iqtisadiyyata “750 milyon dollardan çox gəlir əldə edib”.
Bu hadisənin ilk ölümcül qəzası deyil. Keçən il yarış zamanı təyyarə qəzası nəticəsində bir pilot həlak olmuşdu, 2011-ci ildə isə təyyarənin idarəetmədən çıxaraq tamaşaçıların üzərinə çırpılması nəticəsində 11 nəfər həlak olmuş, 60-dan çox insan yaralanmışdı.
Mənbə: CNN
Aynur Camal
Mənbə: CNN
Aynur Camal