Ev və iş yerlərinə pilotsuz uçuş aparatları düşdü

DÜNYA 18 sen 2023, 14:14
  İranın Qorqan şəhərinə pilotsuz uçuş aparatları (PUA) düşüb.
İctimaiyyətdə qorxuya səbəb olan obyektlərin düşməsi həmçinin 2 nəfərin yaralanmasına səbəb olub.
Gülüstan vilayəti qubernatorunun müavini Əli Mühacir Nəhərdani İranın rəsmi xəbər agentliyi İRNA-ya açıqlamasında hadisə ilə bağlı məlumat verib.
 Nahardani, "Düşən PUA-nın hissələri şəhərin müxtəlif yerlərinə səpələnib. Yaşayış sahəsindəki 2 vətəndaş yaralanıb" deyib.
 Həmçinin məlumatda qeyd olunub ki, Gülüstan vilayətinin mərkəzi şəhəri olan Qorqanda səhər saatlarında göydən düşdüyü bildirilən naməlum metal əşyaların bəzi evlərə və iş yerlərinə ziyan vurması, camaatın qorxusuna səbəb olub.
Mənbə: Ntv.Tr
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top