Braziliya prezidenti Zelenski ilə görüşəcək

DÜNYA 18 sen 2023, 07:16
  Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ukraynalı həmkarı Vladimir Zelenskini BMT Baş Assambleyası çərçivəsində ikitərəfli görüş keçirməyə dəvət edib.
Sosial.tv  xəbər verir ki, bu barədə G1 portalı senator Jak Vaqnerə istinadən məlumat yayıb.
 Həmçinin qeyd edilib ki, senator dövlət başçısının Nyu-Yorka səfər edəcək nümayəndə heyətinin tərkibindədir.
 Bundan əvvəl Braziliya və Ukraynanın xarici işlər nazirləri Mauro Vieyra və Dmitri Kuleba BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi ərəfəsində tərəflərin mövqelərini razılaşdırımışdılar.
 Xatırladaq ki, Braziliya lideri 2024-cü ildə BRİKS assosiasiyasının (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) sammitində iştirak etmək üçün Moskvaya səfər etmək niyyətini sentyabrın 10- da açıqlamışdı.
  Siyasətçinin aydınlaşdırdığı kimi, o, rusiyalı həmkarının Braziliyada keçiriləcək G20 sammitinə cavab səfərinə ümid edir.
Mənbə: Lenta.Ru
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top