İraq mərkəzi hökuməti İraq Kürd Regional Rəhbərliyinə (KRG) kredit olaraq 3 aylıq məmur maaşının ödənilməsinə qərar verib.
Sosial.tv xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi kəskin iqtisadi tənəzzül yaşayır.
Sosial.tv xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi kəskin iqtisadi tənəzzül yaşayır.
İraq mərkəzi hökumətinin kifayət qədər büdcə göndərmədiyini iddia edən KRG rəsmiləri aylardır dövlət qulluqçularının maaşlarını ödəyə bilmir.
IKBY Baş naziri Məsrur Bərzani sentyabrın 14-də Bağdadda baş nazir Məhəmməd Şia əl-Sudani, prezident Əbdüllətif Rəşid, parlament sədri Məhəmməd Halbusi və bəzi siyasi liderlərlə büdcə məsələsini müzakirə etdikdən sonra mətbuat konfransı keçirib.
Nümayəndə heyətinin Bağdaddakı səlahiyyətlilərə KRG dövlət qulluqçularının maaşlarının ödənilməsi üçün iki təklif təqdim etdiyini bildirən Bərzani, "Biri qısamüddətli, digəri isə uzunmüddətli təkliflərdir. Bizim uzunmüddətli təklifimiz bəzi qanunların qüvvəyə minməsini tələb edəcək. Biz onların üzərində işləyəcəyik”- deyib.

KRQ hökumət sözçüsü Peşava Horamani sentyabrın 4-də Bağdad administrasiyasının göndərdiyi büdcənin dövlət qulluqçularının maaşları üçün kifayət etməyəcəyini və bu mövzuda aparılan danışıqların nəticə vermədiyini bildirib.
İraq Nazirlər Şurasının iclasından sonra Baş nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamaya görə, Bağdad bu aydan etibarən 3 aylıq məmur və pensiya maaşlarını KRG-yə 'kredit olaraq göndərəcək.

Buna uyğun olaraq Maliyyə Nazirliyi üç dövlət bankından aldığı və KRG-yə kredit olaraq ayırdığı 2 trilyon 100 milyon dinardan 3 ay müddətində (sentyabr, oktyabr, dekabr) hər ay 700 milyard dinar göndərəcək.
O, KRG-nin 2023-cü il büdcəsində payını azaldacaq.
İraq Maliyyə Nazirliyi bu bankların verdiyi borcları KRG-nin 2023-cü il büdcəsindəki payından çıxacaq.
Açıqlamaya görə, KRQ-nin 2023-cü il büdcəsində payı borcu ödəməyə kifayət etməzsə, bu, IKBY-nin 2024-cü il büdcə payından və digər imtiyazlardan çıxılacaq.
İraq mərkəzi hökuməti və IKBY Maliyyə Nəzarəti Qurumları 30 gün ərzində KRG-də dövlət qulluqçularının və sosial yardım və pensiya alanların faktiki sayı və maaş məbləğlərini araşdırıb Maliyyə Nazirliyinə təqdim edəcək.
Xəbər mənbəyi: Anadolu Agentliyi
Aynur Camal
Xəbər mənbəyi: Anadolu Agentliyi
Aynur Camal