Macarıstan və Slovakiya Ukrayna taxılına dair qərara əməl etməyəcək

DÜNYA 18 sen 2023, 10:06
Macarıstan və Slovakiya, Avropa İttifaqı (Aİ) Komissiyasının Ukraynanın taxıl və digər ərzaq məhsullarının Aİ-yə ixracına tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri uzatmamaq qərarından sonra öz qadağalarını həyata keçirəcəklərini açıqlayıb.
  Sosial.tv xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı Komissiyasının qərarına toxunaraq, “Brüsseldəki bürokratlar avropalı fermerlərin problemlərini bir daha görməzlikdən gəlir” deyib.
 Macarıstan, Polşa və Slovakiyanın Ukraynadan idxal qadağasını milli səviyyədə uzadacağını ifadə edən nazir, "Məsələ ilə özümüzün məşğul olmağın vaxtıdır. Ukraynanın Afrikaya istiqamətlənmiş kənd təsərrüfatı məhsulları Mərkəzi Avropa bazarlarına axışır" deyib. 
 Macarıstan hökuməti Ukraynadan taxıl, kolza və günəbaxan tumu, bəzi ət məhsulları, bal və yumurta kimi 24 məhsulun idxalını qadağan etdiyini açıqlayıb.
 Slovakiya hökumətindən verilən açıqlamada Ukraynadan 4 məhsulun: buğda, qarğıdalı, kolza və günəbaxan tumlarının idxalına qadağa qoyulduğu bildirilib.
 Slovakiyanın baş naziri Ludovit Odor bildirib ki, bu qərar "fermerlərə ədalətli olmaq və Slovakiya bazarına təzyiqin qarşısını almaq" üçün verilib.
 Aİ Komissiyası Ukraynanın Aİ-yə taxıl və digər ərzaq məhsulları ixracına tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin sentyabrın 15-də başa çatacağını açıqlayıb.
Mənbə: İLKHA
Aynur Camal 

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top