Ərdoğan Musk ilə Türkiyədəki investisiyaları müzakirə edəcək

DÜNYA 18 sen 2023, 09:30
  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda amerikalı iş adamı İlon Maskla görüşdə milyarderin ölkəyə mümkün investisiyalarını müzakirə etməyi planlaşdırır.
Sosial.tv  xəbər verir ki, bu barədə TGRT Haber məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə liderinin ABŞ-da sıx diplomatik proqramı var. “Onların arasında ən diqqət çəkəni Ərdoğanın Elon Mask ilə görüşüdür... Bu mühüm görüşdə Maskın Türkiyəyə planlaşdırdığı investisiyaların müzakirə ediləcəyi gözlənilir”, - deyə kanal xəbər verir.
  Xatırladaq ki, bundan əvvəl ABŞ Senatı İlon Maskın 2022-ci ildə Ukrayna üçün Krımda Stralink-ə icazə verməkdən imtina etməsi ilə bağlı araşdırmaya başlayıb. “Komitə bu məsələni bütün istiqamətlərdən intensiv şəkildə araşdırır. Senator Jack Reed Starlink-dən istifadə ilə bağlı hesabatların milli təhlükəsizlik öhdəliklərində ciddi boşluqlar aşkar etdiyini söyləyib ”.
Mənbə: Lenta.Ru
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top