Keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd saxlanıldı

DÜNYA 18 sen 2023, 08:58
  Sosial.tv  xəbər verir ki, Avami Müsəlman Liqasının (AML) lideri və keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhmədin Pakistanda saxlanıldığı bildirilib.
Geo News televiziyasında yer alan xəbərə görə, keçmiş baş nazir İmran Xana yaxın simalardan olan Əhməd paytaxt İslamabada bitişik Ravalpindi şəhərindəki evində saxlanılıb.
 Əhmədin vəkili Serdar Abdul Razak bildirib ki, AML lideri Əhmədin nə üçün saxlandığı və hara aparıldığı məlum deyil.
 Əhmədin saxlanması ilə bağlı polis hələlik açıqlama verməyib.
Mənbə: TrtHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top