Litva prezidenti Gitanas Nauseda fiqurlu konkisürən Marqarita Drobyazkonun vətəndaşlığını ləğv edib. Buna səbəb onun Rusiyada buz rəqsi üzrə Olimpiya çempionu Tatyana Navkanın şousunda çıxışı olub.
Bu barədə BNS portalı məlumat yayıb.
Drobyazko Moskvadandır. O, 1993-cü ildə Litva vətəndaşlığını qəbul edib. Litva fiqurlu konkisürən Povilas Vanaqas ilə birlikdə o, ölkəni beş dəfə Olimpiya Oyunlarında təmsil edib, burada onların ən yaxşı nəticəsi 2002-ci ildə Solt Leyk Sitidə beşinci yer olub. Cütlüyün Avropa çempionatında iki, dünya çempionatında isə bir bürünc medalı var.
2022-ci ildə analoji səbəbə görə Drobiazko Litvanın əsas dövlət mükafatlarından biri olan Böyük Hersoq Gediminas ordeninin Cəngavər Xaçından da məhrum edilib.
Mənbə: mail.ru
Aynur Camal