Nipah virusu COVID-19-dan daha ölümcül oldu

DÜNYA 15 sen 2023, 20:52
 Hindistanda Nipah virusunun yaratdığı viral infeksiyadan ölüm nisbətinin COVID-19-dan qat-qat yüksək olduğu açıqlanıb.
 Hindistan Times-ın məlumatına görə, mətbuat konfransında çıxış edən Hindistan Tibbi Araşdırmalar Şurasının (ICMR) baş direktoru Rajeev Bahl Nipah virusu ilə bağlı açıqlama verib.
 COVID-19-da ölüm nisbətinin 2-3 faiz olduğunu bildirən Bahl, Nipah virusunun ölümcüllüyünün 40-70 faiz arasında olduğunu qeyd etdi.
 Bahl, Nipah virusundan ölən insanların nisbətinin COVID-19-dan ölənlərdən qat-qat yüksək olduğuna diqqət çəkib.
 Virusun yayılmasına nəzarət etmək üçün əllərindən gələni etdiklərini ifadə edən Bahl, "Halların niyə davamlı olaraq baş verdiyini bilmirik. 2018-ci ildə Keralada baş verən epidemiyanın yarasalarla əlaqəli olduğunu gördük. İnfeksiyanın necə olduğundan əmin deyilik. Yarasalardan insanlara keçib” deyib. 
 Hindistanın Kerala əyalətində 6 nəfərdə Nipah virusu aşkarlanıb və onlardan 2-si dünyasını dəyişib.
 Nipah virusu nədir?
Nipah virusuna yoluxmuş şəxslərdə simptomlar dərhal görünməsə də, qızdırma, baş, boğaz və əzələlərdə ağrı kimi simptomlarla qripə bənzər bir vəziyyət inkişaf edə bilər. Növbəti mərhələdə başgicəllənmə, yorğunluq və şüurun dəyişməsi baş verə bilər.
 Həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb olan viral infeksiya olan Nipah virusu ilk dəfə Malayziyanın Nipah bölgəsində epidemiya halında yayılmağa başlayıb.
Mənbə: TrtHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top