Daşqın səbəbindən təhsil dayandırıldı

DÜNYA 15 sen 2023, 20:45
 Keçən həftə Yunanıstanın Thessaly bölgəsində baş verən daşqınlar səbəbilə ibtidai və orta məktəblərdə təhsil daha bir həftə təxirə salınıb.
 
 Yunanıstanın Təhsil, Din və İdman Nazirliyi və Thessaly Region Qubernatorluğu tərəfindən qəbul edilən ortaq qərara əsasən, Thessaly bölgəsindəki ibtidai və orta məktəblərdə təhsil sentyabrın 22-nə qədər təxirə salınıb.
 Sosial.tv  xəbər verir ki, ölkə üzrə 2023-2024-cü tədris ili sentyabrın 11-də başlayıb, lakin Tesaliyada məktəblərin açılışı daşqınlar səbəbindən bir həftə təxirə salınıb.
Daşqınlar səbəbindən xüsusilə Volos və Thessaly bölgəsində kanalizasiya və şəhər şəbəkə sistemlərinə böyük ziyan dəyib.
Krandan axan su əhalinin sağlamlığını təhdid edir.
On minlərlə heyvanın tələf olduğu, pestisid, benzin kimi kimyəvi maddələrin suya girdiyi bölgədə epidemik xəstəlik təhlükəsi davam edir.
Mənbə: İLKHA
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top