Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-20-də Ermənistan və ABŞ-ın birgə “Qartal tərəfdaşı 2023” təlimi keçirəcəyini açıqlayıb. Təlimdə Ermənistandan 175, ABŞ-dan isə 85 hərbçinin iştirak edəcəyi bildirilib.
Təlimi araşdırmaq üçün İrəvana gedən amerikalı general Ermənistan ordusuna fasiləsiz dəstək verdiklərini bəyan edib.
"Bizim Ermənistanla əlaqələrimiz çoxşaxəli əməkdaşlığa əsaslanır", - general-mayor Anderson deyib.

ABŞ Ermənistana ölkənin imkanlarını gücləndirmək, xüsusən də nüvə silahının yayılmasının qarşısının alınması və sülhün qorunması kimi kritik sahələrdə daim hərbi yardım göstərir.
Bəyanatda o da qeyd olunub ki, təlim həm də Ermənistanın 12-ci Sülhməramlı Briqadasını NATO/Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində ilin sonunda keçiriləcək “Əməliyyat İmkanları Konsepsiyası” qiymətləndirməsinə hazırlamaq məqsədi daşıyır.
Mənbə: EnSonHaber
Aynur Camal