Belçikada qəzəbli valideynlər məktəbləri yandırdılar

DÜNYA 15 sen 2023, 19:21
Belçikanın fransızdilli bölgəsində məktəblərdə məcburi cinsiyyət təhsilinin tətbiqi ilə bağlı müzakirələr davam edərkən, bəzi qəzəbli valideynlərin məktəbləri yandırdığı iddia edilib.
Rəsmi xəbər agentliyi Belqanın məlumatına görə, ötən gecə Montignies-sur-Sambre şəhərindəki "(Ecole) des Cites" məktəbində yanğın baş verib.
Sosial.tv  xəbər verir ki, əftənin əvvəlində Şarlerua şəhərində 4 məktəb yandırılıb.
Polis məcburi seksual təhsilə reaksiya verən valideynlərlə əlaqə şübhəsi ilə ilk dörd yanğını araşdırır.
Belçikada 2012-ci ildən bəri bütün siniflər üçün seksual təhsil tələb edən tənzimləmə mövcuddur. Flamanddilli bölgədə bu təhsil artıq məcburi olsa da, fransızdilli icmanın yaşadığı paytaxt Brüssel və Valloniya bölgələrindəki məktəblərin təşəbbüsünə buraxılmışdı.
Sentyabrın 7-də fransızdilli regionlarda ibtidai məktəb 6-cı sinif (11-12 yaş) və orta məktəb 4-cü sinif (15-16 yaş) şagirdlərinin həftədə 2 saat bu kurslardan keçməsini tələb edən qanun qüvvəyə minib.
Parlament prosesi əsnasında Brüsseldə etirazlar təşkil edilmişdi və Valloniya-Brüssel Federasiyası hökuməti tənzimləmənin uşaqları qorumaq məqsədi daşıdığını müdafiə edib.
Mənbə: Ntv.Tr
Aynur Camal 

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top