Sosial.tv xəbər verir ki, Cakarta Yunus Əmrə İnstitutu ilə İndoneziya Quru Qoşunları Komandanlığı arasında türk dilinin tədrisi sahəsində imzalanan əməkdaşlıq protokoluna əsasən, ordu personalına 4 il müddətində türkcə kursları veriləcək.
Türk dili İndoneziyanın güc komandanlığında ikinci üstünlük verilən xarici dil olacaq.
Yunus Əmrə İnstitutundan (YEE) edilən yazılı açıqlamaya görə, Cakarta YEE bütün İndoneziyanı əhatə edərək geniş miqyasda türkcə tədris fəaliyyətlərini təşkil etməyə davam edir.
Cakarta YEE, ölkə daxilində həyata keçirdiyi geniş miqyaslı türkcə tədris fəaliyyətinə bir yenisini əlavə edərək, İndoneziya ordusu üçün türkcə kurslarının başlaması istiqamətində ilk addımı atdı.

Bu istiqamətdə Cakarta YEE ilə İndoneziya Quru Qoşunları Komandanlığı arasında türk dilinin tədrisi sahəsində əməkdaşlıq protokolu imzalanıb.
Cakarta YEE Koordinatoru Cemal Şahin və İndoneziya Quru Qoşunları Komandanlığının Beynəlxalq Əlaqələr Təlim İdarəsinin rəisi polkovnik Rivan Rembudito Rivai institutun ev sahibliyi etdiyi imzalanma mərasimində iştirak ediblər.
Bundan əlavə, İnstitut bu il İndoneziyada dəniz və hava qüvvələri komandanlıqlarının şəxsi heyəti üçün türk dili kursları təşkil etməyi planlaşdırır.
Polkovnik Rivai YEE ilə imzalanan protokolun əhəmiyyətinə diqqət çəkərək İndoneziya Quru Qoşunları Komandanlığı personalının türk dilini xarici dil kimi öyrənməsinin çox vacib olduğunu bildirib.
Cakarta YEE koordinatoru Şahin bildirib ki, protokol Türkiyə ilə İndoneziya arasındakı əlaqələr baxımından çox əhəmiyyətli bir inkişafdır.
İlin sonunda İnstitut İndoneziya Milli Müdafiə Nazirliyi ilə türk dilinin tədrisi fəaliyyətlərindən tutmuş Türkiyənin mədəni irsinin təbliğinə qədər bir çox sahədə iki ölkə arasında mədəni əlaqələri gücləndirəcək əhatəli protokol imzalayacaq.
Mənbə: TrtHaber
Aynur Camal
Mənbə: TrtHaber
Aynur Camal