NASA çox gözlənilən UFO hesabatını açıqladı

DÜNYA 15 sen 2023, 17:05
 NASA bütün dünyanın səbirsizliklə gözlədiyi UFO hesabatını dərc edib.
 Sosial.tv xəbər verir kiNASA dünyadan kənar həyatın olduğuna dair qəti sübut olmadığını vurğulasa da, kosmik agentliyin rəhbəri Bill Nelson yadplanetlilərin varlığına inandığını bildirib.
 ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi NASA bu gün naməlum uçan obyektlər (UFO) ilə bağlı çoxdan gözlənilən tədqiqatının nəticələrini açıqlayıb.
 NASA-nın Vaşinqtondakı mənzil qərargahında təşkil edilən mətbuat konfransında NASA İdarəçisi Bill Nelson, NASA Elm Missiyası Müdirliyi Administrator müavini Nikola Foks, NASA Elm Missiyası Direktorluğunun Araşdırmalar üzrə Administrator müavini Dan Evans, Simons Vəqfinin prezidenti və NASA-nın UAP müstəqil araşdırma qrupunun rəhbəri, David Spergel iştirak edib.
 NASA Administratoru Bill Nelson bildirib ki, agentlik UAP-larla bağlı müzakirələri "sensasiyadan elmə" keçirmək istəyir.
 Nelson, tədqiqat qrupunun UAP-ların yerdən kənar mənşəli olduğuna dair heç bir dəlil tapmadığını, ancaq yadplanetlilərin varlığına inandığını bildirib.
 “Dünyadan kənar həyatın olduğuna dair qəti sübut yoxdur”. 
 Mətbuata açıq görüşdə kosmik agentliyin seçdiyi müstəqil komanda UFO-larla əlaqəli yerdənkənar həyatın heç bir qəti sübutunun olmadığını təkid edib.
 NASA yüksək keyfiyyətli müşahidələrin çox az olduğunu və heç bir elmi nəticə çıxara bilməyəcəyini söyləyib.
 NASA Administratoru Bill Nelson, "Tədqiqatın ən mühüm nəticəsi öyrənmək üçün daha çox iş görülməlidir" deyib.
"NASA-nın müstəqil tədqiqat qrupu UFO-ların yerdən kənar mənşəli olduğuna dair heç bir sübut tapmadı. Amma biz bu UFO-ların nə olduğunu bilmirik. Ona görə də NASA-nın UFO araşdırmalarına direktor təyin etdiyini bildirirəm".
   Bu həftənin əvvəlində Meksikada konqresdə keçirilən dinləmələrdə “insan olmayan” olduğu iddia edilən iki fosil təqdim edildi və böyük səs-küyə səbəb oldu.
Belə ki, jurnalist və ufoloq Jamia Maussanın yadplanetlilərə aid olduğunu iddia etdiyi fosillərdən ibarət sərgisi ölkədə gündəm mövzusuna çevrilib.
Mənbə: EnSonHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top