"Amerikalıların özləri rəqs etməyi bilmirlər".
Sosial.tv xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.
O Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarının mümkünlüyü və münaqişənin həllində ABŞ-ın rolunu müzakirə edərkən tanqodan danışıb. Onun Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra media ilə söhbətindən sözləri Kremlin saytında yer alıb.
Mümkün sülh danışıqları ilə bağlı sualı və ABŞ dövlət katibi Antoni Blinkenin belə bir dialoq kontekstində tanqoya iki nəfərin lazım olduğu barədə bəyanatını cavablandıran Putin cavabında bildirib ki, amerikalılar “özləri rəqs etməyi bilmirlər, lakin hər şeyi həll etməyə çalışırlar”.
“Ukrayna yola gəlməsə həmişə başqasının musiqisi və başqasının melodiyasına rəqs etməli olacaq. Yeri gəlmişkən, bu və ya digər şəkildə hamı bir xanım, ya da ən yaxşı halda kazak qadını kimi rəqs etməli olacaq”, - prezident bildirib.

Bundan əvvəl Antoni Blinken Rusiyanın belə bir təşəbbüslə çıxış edəcəyi təqdirdə Kiyevin danışıqlar aparacağını bildirmişdi. “Danışıqlara gəldikdə, tanqoya iki nəfər lazımdır. İndiyədək biz Vladimir Putinin diplomatiya ilə maraqlandığını göstərən heç bir əlamət görməmişik. O istəsə, o zaman düşünürəm ki, danışıqlara ilk olaraq ukraynalılar girəcək”.
Mənbə: Lenta.Ru
Aynur Camal
Mənbə: Lenta.Ru
Aynur Camal