Şahzadə Diananın məşhur qoyun sviteri hərracda 1,14 milyon dollara (30 milyon 721 min lirə) satılıb.
Sosial.tv -nin əldə etdiyi məlumata görə, Şahzadə Diananın ağ qoyunlar arasında tək qara qoyunun yer aldığı məşhur sviteri 31 Avqustda Nyu Yorkda Sotheby's Hərrac Evi tərəfindən 50 mindən 80 min dollara qədər satış qiyməti ilə hərraca çıxarılıb və 1,14 milyon dollara satılıb.

Sifarişlərin onlayn yerləşdirildiyi hərracda qalibin kimliyi açıqlanmasa da, 15 dəqiqə ərzində 44 təklifin edildiyi bildirilib.
Şahzadənin məşhur sviteri indiyə qədər hərracda satılan ən qiymətli sviter olub. Bu rekord daha əvvəl Nirvana qrupunun solisti Kurt Kobainin MTV Unplugged çıxışı zamanı geyindiyi hırkaya məxsus idi.
Mart ayında çardaqda tapılan sviter, son illərdə hərracda satılan Şahzadə Diana ilə əlaqəli bir çox digər əşyalardan daha yüksək qiymətə alınıb.
Şahzadə Diana bu simvolik sviteri 1981-ci ilin iyununda, o vaxt Uels şahzadəsi olan Çarlzla evlənmədən bir neçə həftə əvvəl polo matçında geyinmişdi. Jumperin dizaynı Diananın kral ailəsindəki yerinin simvolu kimi təsvir edilmişdir.

İngilis tabloid mətbuatının davamlı olaraq izlədiyi şahzadə Diana 31 avqust 1997-ci ildə 36 yaşında paparassilər tərəfindən izlənərkən Parisdə tuneldə avtomobil qəzası keçirərək dünyasını dəyişdi.
Qəzada Diananın sevgilisi Dodi Əl Fayed və sürücüsü Henri Pol da dünyasını dəyişib.

Mənbə: Ntv.Tr
Aynur Camal
Mənbə: Ntv.Tr
Aynur Camal