
Ukrayna prezidenti Vladimir Zelenskinin Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirakından sonra ABŞ prezidenti Co Baydenlə görüşəcəyi bildirilib.
Sosial.tv xəbər verir ki, adının çəkilməsini istəməyən ABŞ rəsmiləri bildiriblər ki, Zelenskinin səfəri gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirakından sonra baş tutacaq.
Sosial.tv xəbər verir ki, adının çəkilməsini istəməyən ABŞ rəsmiləri bildiriblər ki, Zelenskinin səfəri gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirakından sonra baş tutacaq.
Bildirilib ki, ABŞ Konqresi hazırda Ukraynaya əlavə 21 milyard dollar yardımı müzakirə edir. Konqresdəki bəzi respublikaçılar Ukraynaya yardımın dayandırılmalı və federal büdcədə xərclərin azaldılmasının vacibliyini müdafiə edirlər.
Zelenski 2022-ci ilin dekabrında Vaşinqtona səfəri zamanı Konqresə müraciət edərək bildirib ki, ABŞ-ın Ukraynaya yardımı “ianə” deyil, “qlobal təhlükəsizlik və demokratiyaya” investisiyadır.
Zelenski 2022-ci ilin dekabrında Vaşinqtona səfəri zamanı Konqresə müraciət edərək bildirib ki, ABŞ-ın Ukraynaya yardımı “ianə” deyil, “qlobal təhlükəsizlik və demokratiyaya” investisiyadır.
Konqres tərəfindən təsdiq olunarsa, fondun təxminən 24 milyard dollarının Ukraynaya yardım və digər beynəlxalq ehtiyaclar, 12 milyard dolları təbii fəlakətlərin aradan qaldırılması, 4 milyard dollarının isə sərhəd və immiqrasiya problemləri ilə mübarizə üçün istifadə edilməsi planlaşdırılır.
ABŞ Konqresindəki bəzi Respublikaçılar əlavə büdcə tələbinə reaksiya verərək fonu dəstəkləməyəcəkləri mesajını verdilər.
Mənbə: Anadolu Agentliyi
Mənbə: Anadolu Agentliyi