"İmtahan həyəcanımı necə yenim?"- Psixoloq məsləhəti

MÜSAHİBƏ 19 iyn 2023, 10:53 111
İmtahan sözü belə insanlarda müəyyən stress, həyəcan yaradır. Hər kəs həyatında bir neçə dəfə imtahan verir və bunun həyəcanını yaşayır. Ən gərgin olduğumuz vaxt isə qəbul imtahanıdır. Çünki, bu imtahan bizim üçün həyatımızın ən həlledici zamanıdır.

Abituriyentlərin həyəcanına həyəcan qatan faktorlardan biri də valideynlərin, qohumların ondan gözləntisi olur. Abituriyentin imtahanda bilik səviyyəsi ilə bərabər psixoloji hazırlığı da çox önəmlidir. Müəllimlərin daim bilik səviyyəsinə güvəndiyi, proqramı yaxşı mənimsəmiş bir abituriyent psixoloji hazır olmadıqda aşağı nəticə göstərir. Bəs imtahan həyəcanın necə yenək?

-İlk öncə müəyyən etmək lazımdır ki, həyəcan situasiyaya qədərmi yoxsa situasiya zamanımı olur.Yəni abituriyent imtahana girməzdən öncə çox həyəcan keçirir, imtahana girdikdə isə həyəcan səviyyəsi xeyli azalırsa, situasiyaya qədərki həyəcan hesab olunur. Əksinə, imtahana qədər rahatdır, imtahan başlayan zaman həyəcan səviyyəsi artırsa, bu situativ həyəcandır. Bunu bildikdən sonra isə daha doğru korreksiya işi aparmaq mümkündür.

-Valideyn övladını nəticələrinə görə deyil, hər halıyla sevdiyini hiss etdirməlidir. İmtahanın dünyanın sonu olmadığını bildirərək övladına dəstək olmalıdır.
-İmtahana 1 gün qalmış heç bir məlumat oxumamaq daha məqsədəuyğundur. Bunun əvəzinə həmin günü təmiz havada gəzmək, təbiətdə olmaq düşüncələrin rahatlamasına, stressin azalmasına kömək edir.
-Axşam yatarkən meditasiya musiqisi qoyaraq, imtahanı necə rahatlıqla verdiyinizi təsəvvür edə bilərsiniz. Bu zaman emosional olaraq daha çox rahatlayacaqsınız.
-İmtahan günü isə rahat geyimdə, imtahana vaxtından öncə getməyə çalışın.
-İmtahana girən zaman sualları cavablandırmadan öncə 1 dəqiqəlik nəfəs texnikası edin. Dərindən burundan nəfəs alıb, ağızdan nəfəs verin.
Unutmayın, imtahanda siz nə qədər rahat olsanız, nəticəniz daha yaxşı olacaq. Bütün abituriyentlərə uğurlar arzulayırıq.
Sevgiylə qalın.
Unity Center -Uşaq sağlamlıq və psixi nitq inkişaf mərkəzinin
Təlimçi-psixoloqu Aynur Şıxalıyeva

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top