Mingəçevirdə yol, kommunal problemləri niyə öz həllini tapmır?-VİDEO

BÖLGƏ 28 noy 2022, 13:38

Mingəçevir şəhəri, Yeni həyat yaşayış massivi, Xurşudbanu Natəvan küçəsinin sakinləri bildirib ki, yol və kommunal problemlər 11 ildir ki, bu şəhərdə öz həllini tapmayıb. 

Sosial.tv bu barədə məlumatı Bugün.tv -dən alıb.
“Gördüyünüz kimi bu küçələrə 11 ildən çoxdu baxan yoxdu. Adiatı qurumlara dəfələrlə müraciətlər edilib. Lakin bu günə kimi Asfalt çəkilməyib, gediş-gəlişimiz yağış yağan kimi daha da çətinləşir. Avtobuslar da bu yollarda normal işləmir. Sürücülər lazım olam yerlərə qədər sərnişinləri çatdırmırlar, deyirlər ki yollarınız pisdir”- deyə şikayətçilər bildirib.
Sakinlər ərazi üzrə Millət Vəkili və Mingəçevir şəhər icra hakimiyyətindən şikayət ediblər. Kadrlarda da olduğu kimi təqdim edilib.
Adı çəkilən qurumlarla əlaqə saxlamağa çalışsaq da, qarşı tərəfdən telefon zənglərimizə cavab verilmədi. Sonda bir məsələni də qeyd etmək istərdik ki, sakinlərin dediyinə görə Yeni Həyat yaşayış massivi, Xurşudbani Natəvan küçəsində yerləşən və kadrlarda öz əksini tapan yaşayış sahəsi Qaçqınlar üçün ayrılmış ərazi deyil. və məsələ ilə əlaqədar olaraq dəfələrlə Mingəçevir Şəhər İcra hakimiyyətinə müraciət etmələrinə baxmayaraq problem hələ də öz həllini tapmayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top