
Sosial.tv TASS-a istinadən xəbər verir ki, Rusiyanın Omsk şəhərinin mərkəzində yerləşən “Triumf” ticarət kompleksinin anbarında güclü yanğın baş verib.
Bu barədə Omsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, alovla mübarizəyə 120-dən çox yanğınsöndürən cəlb edilib. Xəsarət alanların olmadığı bildirilir.