“Bakının açarı” detektiv filmi işıq üzü görüb-VİDEO

MƏDƏNİYYƏT 25 noy 2022, 16:55
"Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Azərbaycan Film Akademiyasının “Bakının açarı” detektiv filminin Qala gecəsi baş tutub.
Filmin rejissoru Zaur Tahirsoydur. Baş rollarda Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli, Anar Əli çəkiliblər.
"Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər"- film haqqında qısa məlumatda bildirilib. 
 Tədbirin təşkilində Cinema Distribution və «MADO» restoranı dəstək göstəriblər.
Qeyd etmək istərdik ki, film noyabrın 24-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.


DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top