
"Bizim tabeliyimizdə 1654 bağça var. Həmin bağçalarda 116 min uşaq üçün yer var".
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, hazırda 99 min uşaq qeydiyyatdan keçib: "Problem valideynlərin arzu etdikləri bağçalarda yer tapa bilməməsi ilə bağlıdır".