Aleksandr Lavrentyev: "İsrail hələ də Rusiyanın fikrinə qulaq asmır"

DÜNYA 23 noy 2022, 21:19
  Rusiya İsraili Suriyaya hava hücumlarını dayandırmağa çağırıb.
  Aleksandr Lavrentyev təəssüflə bildirib ki, İsrail hələ də bu məsələdə Rusiyanın fikrinə qulaq asmır.
Çərşənbə günü prezidentin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentiyev bildirib ki, Rusiya İsrailin Suriya ərazisinə aviazərbələr endirməsinə qəti şəkildə qarşıdır və onların dayandırılmasını tələb edir. O, Suriya üzrə Astana formatında keçirilən 19-cu beynəlxalq görüşdən sonra çıxış edib.
"İsrailin hava hücumlarına gəlincə, biz israillilərin bu cür hərəkətlərinin qəti əleyhinəyik, baxmayaraq ki, onlar hələ də bunun onların qanuni haqqı olduğunu deyirlər. Amma biz görürük ki, insanlar ölür, təkcə infrastruktur və arsenal məhv edilir və bütün bunlar hazırda baş verir. Bu cür hərəkətlər, təbii ki, qanunsuzdur və heç bir beynəlxalq normalara və qanunlara uyğun gəlmir. Biz nəinki çağırırıq, həm də tələb edirik ki, İsrail bu hava hücumlarını dayandırmalıdır və biz bu tələbimizi davam etdirəcəyik"- bildirilib.
Lavrentyev təəssüflə bildirib ki, İsrail hələ də Rusiyanın bu məsələ ilə bağlı fikrinə qulaq asmır.
"Düşünürəm ki, İsrail hökumətinin bu mövqeyi düzəliş tələb edir", - o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top