
Sosial.tv aznovost saytına istinadən xəbər verir ki, Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba “Telegram” kanalında yazıb:
“Kiyev vilayəti! Hava hücumu siqnalını gözardı etməyin. Bölgəyə raket hücumu təhlükəsi var”.


Ukrayna ərazisində hava siqnalı həyəcanı elan edilib. Xəbərdarlıqdan bir neçə saat sonra Kiyev atəşə tutulub. Nəticədə azı 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Bu barədə şəhərin hərbi administrasiyası məlumat yayıb.
Raketlərdən biri yaşayış binasına tuş gəlib.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, dörd zərərçəkən tibb müəssisələrinə yerləşdirilib. Xəsarət alan 1 nəfərə yerindəcə tibbi yardım göstərilib.
