İT ixtisaslarına gələcəkdə tələbat olacaqmı?-VİDEO

ELM VƏ TƏHSİL 23 noy 2022, 16:25 127
Süni zəka üzrə təhsil alanların Azərbaycanda iş tapmaq imkanları varmı? İT ixtisaslarına gələcəkdə tələbat olacaqmı? Virtual reallıq gerçəkliyi əvəz edəcəkmi?
 Sosial.tv Oxu.az saytına əsasən bildirir ki, bu kimi suallar 5-17 yaş məktəblilər üçün “Alpha-Omega” şirkəti tərəfindən təşkil olunmuş “Tech 1st” adlı yarışma zamanı müzakirələrə səbəb olub.
Tədbirdə spikerlər valideynləri üçün bir-birindən maraqlı çıxışlar etdilər. 
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov informasiya texnologiyalarının tədris proseslərinə və birbaşa insan həyatına göstərdiyi təsiri vurğulayıb.
Niderlandın Leyden Universiteti Kompüter Elmləri İnstitutunun (LIACS) magistrı Maral Qurbanzadə süni zəkanın və insanabənzər robotların insan cəmiyyətinə təsirindən danışdı.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Gülnar Mirhüseynova uşaqların internetdə məruz qaldıqları təhlükələr və övladlarımızın kibertəhlükəsizliyinin necə təmin olunması barədə bəhs etdi.
“YouTube”, “Instagram” və “TikTok”da 150 minə yaxın izləyiciyə xitab edən “You Will Speak” tədris mərkəzinin təsisçisi Günay Rəsulova İT peşələri üçün ingilis dilinin vacibliyi haqqında fikirlərini bölüşüb.
İT sistemlərin inteqrasiyası və proqram təminatının yazılması üzərində Layihə İdarəetmə sahəsində 10 ildən artıq təcrübəyə malik İqor Voloqin gələcəyin peşələrini açıqlayıb və aktuallığını itirə biləcək peşələri sadalayıb.
Ölkəmizdə mühəndislik və proqramlaşdırma üzrə aparıcı təlim mərkəzlərindən olan “Developia Mühəndislik Akademiyası”nın icraçı direktoru Şamxal Cəfərzadə çıxışı zamanı baş tutan tədbirin bu sahədə böyük marağa səbəb olduğunu vurğulayıb. Eyni zamanda, “Developia Mühəndislik Akademiyası”nın bu istiqamətdə həm uşaqlar, həm də böyüklər üçün təşkil etdiyi təlimlərin gələcəyimizə töhfə verməsi tədbir iştirakçılarına çatdırılıb.
Eyni zamanda məktəblilər üçün STEAM istiqamətində müxtəlif master-klaslar təşkil olunub:
“Engineering for Kids” robot yarışmaları, “Mars Academy” “Hop-Hop oyunu”, START IT “Məişət tullantılarından sənətkarlıq”, “Sciencly Baku” “Laboratory of braincase” , “Laboratory of dizzying aromas”, Metaversity – Metaverse təlimi, “Maestro School” – robototexnika, Azercosmos – Space art, “Forest school” – stone art və s. kimi təşkil olunan master-klaslar məktəblilərin tətil həftələrini səmərəli keçirmələrinə şərait yaradıb.
Yarışma proqramlaşdırma, robototexnika, 3D modelləşdirmə sahələri üzrə müxtəlif yaş qruplarını əhatə edirdi və “Sabis Sun” beynəlxalq məktəbində Alpha-Omega marketinq agentliyinin təşkilatçılığı, Developia şirkətinin baş sponsorluğu və Azərbaycan Respublikasının Kosmik Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Mars Academy, Engeneering for Kids, Start IT kimi qabaqcıl IT məktəblərinin tərəfdaşlığı və həyata keçirilib. Şagirdlər proqram yazılması, robot hazırlanması kimi istiqamətlərdə öz bacarıqlarını nümayiş etdirdilər və ən yaxşı nəticəni göstərən şagirdlər həm qiymətli hədiyyələrlə, həm də pul mükafatı ilə təltif olunublar.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top