"Rusiya terrorçuluğa sponsorluq edir"

XARİCİ SİYASƏT 23 noy 2022, 16:08 103
 Sosial.tv "Kommersant" saytına istinadən xəbər verir ki, Avropa Parlamenti (AP) Rusiyanın terrorçuluğa sponsorluq edən dövlət kimi tanınmasına dair qətnaməni böyük səs çoxluğu ilə qəbul edib. Sənəd hüquqi cəhətdən məcburi deyil və tövsiyə xarakteri daşıyır.  
Qətnamədə bildirilir ki, Rusiya hərbçiləri Ukraynada mülki obyektlərə, enerji infrastrukturuna, xəstəxanalara, məktəblərə və sığınacaqlara zərbələr endirirlər. Bu, beynəlxalq hüququn pozulmasıdır.
AP-ın 494 deputatı qətnaməni dəstəkləyib, 58 deputat əleyhinə çıxış edib. 44 parlamentari isə bitərəf qalıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top