"Zəlzələyə görə əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur”

HADİSƏ 23 noy 2022, 12:39 103
“Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur”.
 Bunu Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
“Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində olub, ocağı 6,8 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində 46 nəfərin yaralandığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top