Bəzi sözlərin düzgün tələffüz qaydası

ELM VƏ TƏHSİL 23 noy 2022, 10:16 103
 Sosial.tv Report-a istinadən bildirir ki, AMEA orfoepiya normalarında bəzi sözlərin düzgün tələffüz qaydasını təklif edib.
AMEA Nəsimi adına Dilçilik İnstitutundan verilən məlumata görə “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirələr aparılıb.
Müzakirələrdə qeyd edilib ki, orfoepiya normalarının tənzimlənməsi laboratoriyada cihazlar vasitəsilə aparılır və burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır.
Bildirilib ki, “Azərbaycan dilinin Orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz olunduğu qeyd edilib: cövhər [cövhər], çovğun [çovğun]. Müzakirə nəticəsində 2.7 bəndindəki yeniliklər qəbul olunub.
İclasda normaların 2.5.3-cü bəndində “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə” yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunma məsələsi də müzakirəyə çıxarılıb. Müzakirələr əsasında “ae” sait birləşməsinin yazıldığı kimi tələffüz olunması qəbul edilməyib. “Ae” sait birləşməsinin “ay” kimi tələffüz variantı təklif olunub: aerodrom [ayrodrom], aeroport [ayroport].

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top