Azərbaycan multikulturalizm siyasəti Brüsseldə nümayiş edilib

MƏDƏNİYYƏT 22 noy 2022, 19:21 158
Sosial.tv “Euroreporter”ə istinadən xəbər verir ki, Brüsseldə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin dağıdılmasından bəhs edən və Azərbaycanda multikulturalizm siyasətinin uğurlarını əks etdirən “Erməni separatçılarının Qarabağdakı məbədlərlə müharibəsi” adlı sənədli filmin nümayişi keçirilib.
Qeyd edilib ki, filmin rejissoru azərbaycanlı jurnalist Anastasiya Lavrinadır.
“Ölkəmin dinindən və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün insanlar arasında yaxşı münasibətlərin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlarını nümayiş etdirmək çox vacibdir, film bu işə əla töhfədir”, - bunu film nümayişində iştirak edən Azərbaycanın Aİ-dəki səfiri Vaqif Sadıqov bildirib.
Onun sözlərinə görə, Azərbaycan həqiqətən multikulturalizmi təşviq edir və Bakı bunun gözəl nümunəsidir: şəhərdə pravoslav, lüteran və katolik kilsələri, həmçinin məscidlər var.
Qısametrajlı film ölkədəki xristian irsindən və başqaları üçün nümunə ola biləcək multikulturalizm siyasətindən bəhs edir.
Filmdə, həmçinin Azərbaycanın 30 ilə yaxın Ermənistanın tərəfindən zədələnmiş və ya tamamilə dağıdılmış dini ziyarətgahların və kilsələrin bərpası istiqamətində davam edən səyləri vurğulanır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top