12 nəfərin başı qılıncla kəsilib

KRİMİNAL 22 noy 2022, 17:51 133
Sosial.tv xarici KİV-ə istinadən xəbər verir ki,  “Səudiyyə Qətərdə keçirilən dünya çempionatından istifadə edərək edamlar həyata keçirib”.
Səudiyyə Ərəbistanında son iki həftədə 12 nəfərin başı qılıncla kəsilərək edam edilib.
Edam olunan şəxslər narkotik maddələrə görə ölüm cəzası alıblar.
İnsan haqları təşkilatı “Reprieve” Səudiyyə rəhbərliyinin bəşəriyyətin diqqətinin Qətərdə keçirilən futbol üzrə dünya çempionatına yönəlməsindən istifadə edərək edamları həyata keçirdiyini bildirib.
Ər-Riyad reaksiyalardan sonra ötən il söz vermişdi ki, zorakılıq olmayan cinayətlərə görə ölüm hökmü tətbiq edilməyəcək.
Bu il ölkədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Mart ayında Səudiyyə Ərəbistanı bir gündə 81 nəfəri edam etməklə böyük reaksiyaya səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top