Qazaxıstanda yenidən Tokayev prezident seçilib

DÜNYA 22 noy 2022, 11:33 88
 Sosial.tv TASS-a istinadən bildirir ki, Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev bazar günü, noyabrın 20-də keçirilən prezident seçkilərində səslərin 81,31 faizini toplayaraq qalib gəlib.
Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov brifinqdə bildirib:
“Tokayev Kasım-Jomart Kemeleviç keçirilən seçkilərdə 6 456 392 səs və ya səslərin 81,31 faizini toplayıb”.
Seçkilərdə iştirak 69,44% təşkil edib.
Qazaxıstanda keçirilən prezident seçkilərində ikinci yeri 3,42 faiz səslə “Auıl” partiyasının namizədi Jiquli Dairbayev tutub.
2019-cu il iyunun 9-da keçirilmiş əvvəlki prezident seçkilərində Tokayev səslərin 70,96 faizini qazanmışdı.
Tokayevin andiçmə mərasimi noyabrın 26-da baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top