Dünyanın ən böyük və ən bahalı yaxtası tikilir

LAYİHƏ 22 noy 2022, 07:21 161
 Haber Global saytının verdiyi xəbərə görə, İtaliyanın memarlıq şirkəti dünyanın ən böyük və ən bahalı yaxtasını inşa edir. Tikintisi 2033-cü ildə başa çatacaq yaxta dünyadakı ən böyük üzən platforma olacaq.
“Pangea” adını alacaq yaxta nəhəng tısbağa şəklində inşa ediləcək. Onun içərisində alış-veriş mərkəzləri, restoranlar, plazalar, evlər və s. məkanlar olacaq. Yaxtanın hazırlanması 8 milyard dollara başa gələcək.
Gəminin uzunluğu 550 metr, genişliyi isə 610 metr təşkil edəcək. Yaxta Suədiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla limanında tikiləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top