Kimya dərsində şagirdlər xəsarət aldı - VİDEO

ELM VƏ TƏHSİL 22 noy 2022, 06:23 203
Sosial.tv-nin əldə etdiyi məlumata əsasən, müəllimin kimya dərsində təcrübəsi partlayışla nəticələnib.
Avstraliyada kimya dərsində elmi təcrübə zamanı partlayış olub. Nəticədə 12 nəfər xəsarət alıb. Onlardan 11-i uşaqdır.
Hadisə Sidneydə baş verib.
Uşaqlar tibb müəssisəsinə yerləşdiriliblər, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Həkimlər zərərçəkmişlərə döş qəfəsinin, üz və ayaq nahiyəsinin yanığı diaqnozu qoyub. Müəllim səthi yanıq xəsarətləri alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top