"Etnogözəllik" - müsabiqəsinin qalibi bəlli oldu

MƏDƏNİYYƏT 21 noy 2022, 17:48 141
Sosial.tv tədbirin təşəbbüskarı Sibir Dövlət Tibb Universitetinin saytına istinadən xəbər verir ki, Rusiyada yaşayan Azərbaycan əsilli tələbə Mariya Əliyeva Tomskda keçirilən “Etnogözəllik” gözəllik və istedad müsabiqəsinin qalibi olub.
Bildirilir ki, qələbə uğrunda Tomsk şəhərinin yeddi təhsil müəssisəsindən 12 tələbə qatılıb. Onlar müxtəlif etnik qrupları, xalqları və adət-ənənələri dəfilə geyimləri, yaradıcı çıxışları və mədəniyyət təqdimatı ilə təmsil ediblər. Müsabiqə zamanı iştirakçılara çeviklik və dartınma, çay içmək adətləri, kukla toxuması üzrə ustad dərsləri təşkil olunub, fotosessiyalar keçirilib.
Müsabiqənin qalibi Azərbaycan mədəniyyətini təmsil edən Sibir Dövlət Tibb Universitetinin pediatriya fakültəsinin I kurs tələbəsi Mariya Əliyeva olub.
“Uşaqlıqdan yaradıcılığı çox sevirəm və özümü bayanda, fortepianoda ifa etmək, şeir oxumaq, vokal, rəsm çəkmək, rəqs etmək kimi müxtəlif istiqamətlərdə sınamışam. Bir çox yarışlarda iştirak etmişəm. Bütün bunlar səhnəni və tamaşaçıları sevməyimə kömək etdi, düşünürəm ki, bu, əvəzolunmaz enerji verir”, - deyə qalib bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top