Bakıda “NATO günləri” başlayıb

DÜNYA 21 noy 2022, 16:34 72
 Sosial.tv-nin Müdafiə Nazirliyindən əldə etdiyi məlumata əsasən, nazirlik ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib.
“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.
Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top