Polşa Rusiya nümayəndə heyətini gələn ay Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nazirlər toplantısına buraxmayacaq.
Sosial.tv xarici KİV-nə istinadən bildirir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Lukaş Yasina müvafiq sualı cavablandırarkən bildirib. O, Rusiyanın üzvü olduğu ATƏT-in dekabr iclasına Moskvanın buraxılmasına icazə verilməyəcəyi ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, Ukrayna da həmçinin bu təşkilatın üzvüdür.
Bu il Polşa 57 üzvdən ibarət olan ATƏT-ə rotasiya əsasında sədrlik edir. Həmçinin dekabrın 1-2-də Lodzda illik nazirlər konfransına ev sahibliyi edəcək.
Yasina Rusiya xarici işlər naziri Serqey Lavrovun səfəri ilə bağlı sualı da cavablandırıb. “Xarici işlər naziri Lavrovun Lodza səfərini gözləmirik”, - deyə o qeyd edib.
Xəbər verdiyimiz kimi, Polşa Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməkdən imtina edib. Parlamentarilər ATƏT Parlament Assambleyasının noyabrın 24-26-na planlaşdırılan payız sessiyası üçün Varşavaya gəlməli idilər.