Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilib

LAYİHƏ 18 noy 2022, 19:33 162
 Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Belə ki, Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib.
Dəyişikliklə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.
Bundan əlavə, məhkumlar epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda öz xahişləri ilə qısamüddətli görüşləri telefon danışıqları və videogörüşlərlə əvəz edə bilərlər.
Eyni zamanda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top