“Qazprom” Azərbaycana 1 milyard kubmetr qaz tədarük edəcək

NEFT, QAZ 18 noy 2022, 16:30 116
 “Qazprom” Azərbaycana 1 milyard kubmetr qaz tədarük edəcək. Müqavilə “Qazprom Export” ilə Azərbaycanın ən böyük dövlət neft-qaz şirkəti olan SOCAR arasında imzalanıb.
Sosial.tv məlumatına görə bu barədə TASS xəbər verib.
 "Yeni qaz alqı-satqı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü noyabrın 15-də başlayıb. Müqavilə "Qazprom Export" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb", - "Qazprom"dan bildiriblər.
Müqavilə də 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutulub. 
Qeyd edək ki, SOCAR Azərbaycanın ən böyük dövlət neft-qaz şirkətidir. Onun fəaliyyətinə xam neft, neft məhsulları, təbii qaz və qaz kondensatının kəşfiyyatı, hasilatı, emalı, daşınması və satışı daxildir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top