Yeni ulduzun doğulması qeydə alınıb

ELM VƏ TƏHSİL 18 noy 2022, 09:33 105
Ceyms Uebb teleskopu ulduzun doğulmasını əks etdirən unikal kadrları qeydə alıb.
NASA tərəfindən yayımlanan görüntü yeni səma cisminin əmələ gəlməsini göstərir.
Sosial.tv "rbc.ru"- saytına istinadən xəbər verir ki, yeni doğulmuş ulduz sıx dumanın arxasında gizlənir. Bu, qaz və tozdan ibarət qaranlıq bir buluddur. Yeni ulduz kosmik “qum saatı”nın ortasındadır.
L1527 adı verilən səma cismi Buğa molekulyar buludunda yerləşir. Bu gənc ulduzun cəmi 100 min yaşı var. Kosmos standartlarına görə bu, çox azdır. Tam hüquqlu bir ulduza çevrilməzdən əvvəl protostar, əmələ gəldiyi buluddan gələn qaz və tozla əhatə olunmağa davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top