Noyabrın 18-də gözlənilən hava şəraiti

GÜNDƏM 17 noy 2022, 14:16 81
Sosial.tv Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-10° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top