Pəncərədən yıxılan uşağı havada tutdular

HADİSƏ 15 noy 2022, 03:53 85
 Çində yerli sakin pəncərədən yıxılan uşağı havada tutub.
Baş verənlərin görüntüsü sosial şəbəkələrdə yayılıb.
Sosial.tv Gazeta.ru saytına istinadən xəbər verir ki, hadisə Quandun əyalətində baş verib.
Kadrlardan görünür ki, avtomobilinə əyləşməyə hazırlaşan gənc qışqırıq eşidir və başını səs gələn tərəfə - yuxarı qaldırır. Bu zaman uşağın yıxıldığını görən kişi əllərini açaraq uşağı havada tutmağa çalışır.
Uşaq xəsarət almayıb, ancaq onu xilas edən şəxsin əzələsi dartılıb.
“Uşağın təhlükəsizliyi ən vacib şeydir. Gələcəkdə yenidən oxşar vəziyyətin şahidi olsam, yenə köməyə gedərəm”, - deyə kişi baş verənlər barədə danışıb.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top